“Mayın 11-dən sonra həyat artıq təcrid rejimindən əvvəlki kimi olmayacaq. Əvvəlki həyata qayıdış üçün yəqin ki, hələ uzun müddət lazım olacaq”.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Fransanın Baş Naziri Eduard Filip keçirdiyi mətbuat konfransında bildirib.
Əhalinin əksəriyyəti Baş Nazirdən mayın 11-dən sonrakı dövr üçün müfəssəl məlumat gözləsə də, E.Filip bunu yalnız 15 gündən sonra edə biləcəyini deyib. Baş Nazir qeyd edib ki, sanitar böhran hələ tam bitməyib. Epidemiyanın doğurduğu iqtisadi böhran çox dərin olacaq. Dördpendirli pizza
Bildirilib ki, hələ ki ölüm faktları qeydə alınır, insanlar COVID-19 epidemiyasından həyatını itirən yaxınlarına lazımi ehtiramı göstərə bilmirlər.
“Əsas məqsəd fransızların sağlamlığını qoruyub saxlamaq, millətin həyatının davamlılığını təmin etməkdir. Bundan sonra virusun yayılmasına nəzarət etməyə nail olmaq lazımdır”, - deyə Baş Nazir bildirib.
Eduard Filip virusun hələ də yayılmaqda olduğunu bildirərək, insanları gigiyenik qaydalara riayət etməyə, əlləri tez-tez yumağa, fiziki məsafəni saxlamağa çağırıb.
Telegram kanalımız