Həyat yoldaşı tanınmış vəkildən şikayətçidir   - Səbəb 

saytların hazırlanması

Evə çatdırılma

Həyat yoldaşı tanınmış vəkildən şikayətçidir - Səbəb 

Kriminal

28 Mart 2020 12:25 778


Tanınmış vəkil Kərimova Güldisar Aleksandrovnanın həyat yoldaşı Kərimli Əli Məcid oğlu uşağı ilə ünsiyyətdə olması üçün məhkəməyə müraciət edib. 

“Yeni Sabah”ın məlumatına görə, aprel ayının 1-də Nərimanov Rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək. Güldisar Kərimovadan məhkəmə prosesi ilə bağlı mövqe öyrənməyə çalışdıq. Xanımın sözlərinə görə, belə məhkəmə prosesindən xəbəri yoxdu. Həmçinin bu xəbəri haradan götürdüyümüz ilə maraqlandı. Bütün məhkəmə proseslərinin elektron məhkəmə portalında yerləşdirildiyini vəkilin nəzərinə çatdırdıq. 

Qeyd edək ki, Kərimova Güldisar Aleksandrovna Bakı şəhəri 2 saylı Vəkil Bürosunda işləyir, 24 il iş təcrübəsi var.  Pepperoni pizza

Azər İsrafilov

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!