Bərdə rayonunda həyat yoldaşını öldürməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Təbriz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Yeni Sabah.az xəbər verir ki, toplanan materiallar araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Nural Əliyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası sentyabrın 8-nə təyin edilib. pizza
Xatırladaq ki, mayın 25-ində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri T. Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. T.Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Nəzrin
Telegram kanalımız