Həyat yoldaşının ölümü kişilərə daha pis təsir edir 

saytların hazırlanması

Evə çatdırılma

Həyat yoldaşının ölümü kişilərə daha pis təsir edir 

Maraqlı

28 Mart 2023 13:09 668


Həyat yoldaşının ölümü qadınlarla müqayisədə kişilərə daha pis təsir edir. 

Modern.az xəbər verir ki, bu barədə "Naked Science" nəşri yazıb.

Nəşr qeyd edib ki, Kopenhagen Universitetinin alimləri 925 min nəfər yaşlı insanı əhatə edən altı illik tədqiqat aparıb və belə qənaətə gəlib. Alimlərin qənaətinə görə, kişilərin sevdiyi şəxsi itirməsindən sonrakı bir il ərzində ölmə ehtimalı daha yüksəkdir. Bunun səbəbi ailədəki gender rolları və qadınların psixoloji cəhətdən stabil olması ola bilər. Dominos pizza

Araşdırma zamanı məlum olub ki, 65-69 yaşlı kişilərin həyat yoldaşını itirməsindən sonrakı bir il ərzində ölmək şansı onların dul olmayan həmyaşıdları ilə müqayisədə 70% daha çoxdur. Qadınlarda bu göstərici 27% təşkil edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!