“Həyatla ölüm arasındayıq“   - “Səbail“in qapıçısı

saytların hazırlanması

Evə çatdırılma

“Həyatla ölüm arasındayıq“ - “Səbail“in qapıçısı

İdman

15 Yanvar 2021 11:37 636


“Səbail”in qapıçısı Nikolas Hagen Qvatemala yığmasına dəvət olunmayıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb paytaxt təmsilçisinin Azərbaycan Premyer Liqasının ikinci yarısına hazırlaşmasıdır.

25 yaşlı qolkiper Puerto-Riko ilə yanvarın 23-də və 26-da keçiriləcək yoldaşlıq görüşlərinə çağırılmayıb. O, ölkəsinin mətbuatına açıqlamasında hazırda bütün diqqətini “Səbail”in oyunlarına yönəltdiyini bildirib: "Daim milli komandanın üzvləri ilə danışıram. Komanda hər dəfə oynayanda mənə matçlar barədə məlumat verilir. Bu, mənim üçün çox vacibdir. Puerto-Riko ilə oyunlar FİFA-nın pəncərəsinə daxil deyil. Ancaq martdakı rəsmi qarşılaşmaları birlikdə qazanmalıyıq. pizza sifarişi

Bütün dünya koronavirusla mübarizə aparır. Hazırda mürəkkəb mərhələdə, həyatla ölüm arasındayıq. Dünya çempionatına vəsiqə qazanmaq istəyirik. Bunu bacarmaq üçün mübarizə aparmalıyıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!