Azərbaycan Mülki Aviasiyasının 85 illiyi münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda qeyri-adi fleşmob keçirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.
Məlumata görə, mülki aviasiya üçün əlamətdar olan bu gündə sərnişinlərə xüsusi sürpriz - gözəl musiqi və yay əhval-ruhiyyəsi təqdim edilib. Beynəlxalq reyslərin sərnişinləri maraqlı musiqi proqramı ilə qarşılanıb. Fleşmob hər kəsə mülki aviasiyanın ölkə üçün əhəmiyyətini xatırladan parlaq bir hadisə olub. pizza mizza
Xatırladaq ki, iyulun 2-də Azərbaycan Mülki Aviasiyası yaranmasının 85 illiyini qeyd edib.
Telegram kanalımız