Cahangir Əsgərov lenti kəsdi

saytların hazırlanması

Evə çatdırılma

Cahangir Əsgərov lenti kəsdi

Sosial

04 İyul 2019 13:15 1757


Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır.

"Azərbaycan Hava Yolları" QSC-dən “Yeni Sabah”a verilən məlumata görə, bu gün “Amadeus”şirkətinin baş vitse-prezidenti Tomas Lopez Fernebrandın başçılıq etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub.

Səfər çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunacaq yeni bulud texnologiyalarının istifadəyə verilməsi mərasimi baş tutub.

“Qeyd edim ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı olmuşdur”, - deyə “Amadeus” İnformasiya texnologiyaları üzrə icraçı vitse-prezident Bruno Spada bildirib.

Saziş AZAL prezidenti Cahangir Əsgərov və “Amadeus”un baş vitse-prezidenti Tomas Lopez Fernebrand tərəfindən imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!