Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicə xərclərini öz üzərinə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicə xərclərini öz üzərinə götürdü

Sosial

10 Oktyabr 2019 17:43 1134


Heydər Əliyev Fondu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun müalicə xərclərini öz üzərinə götürüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Report"un Muğan bürosuna Ağakərim İbrahimovun oğlu Rəşad İbrahimov məlumat verib.

Onun sözlərinə görə, A.İbrahimov bu gün Bakı şəhərində ürəyindən əməliyyat olunduğu Mərkəzi Klinikadan evə buraxılıb və yaşadığı Biləsuvar rayonunun Əliabad kəndinə yola salınıb.  Sezar pizza

"Bundan sonra onun müalicəsi ev şəraitində davam etdiriləcək. Hazırda atamın vəziyyəti yaxşıdır, rahat şəkildə yeriyir, gəzir. Atamın müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb", - R.İbrahimov bildirib.

Qeyd edək ki, A.İbrahimov bir həftə əvvəl ürəyindən əməliyyat olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!