Heydər Əliyev Mərkəzindən ABŞ-a dəstək - Video

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev Mərkəzindən ABŞ-a dəstək - Video

Siyasət

14 Aprel 2020 01:38 603


Bu gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Amerika Birləşmiş Ştatlarının bayrağı videoproyeksiya olunub.

Yenisabah.az xəbər verir ki, bununla Azərbaycanın koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş olunub.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVİD-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. Marqarita pizza

İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə və Böyük Britaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!