Heydər Əliyev Mərkəzindən İspaniyaya dəstək

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev Mərkəzindən İspaniyaya dəstək

Siyasət

10 Aprel 2020 22:59 2089


Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 10-da Heydər Əliyev Mərkəzinin binası üzərinə İspaniya Krallığının bayrağı videoproyeksiya olunub. Bayraq təsvirini ispan musiqisi müşayiət edib.

Yenisabahşaz xəbər verir ki, bu barədə Heydər Əliyev Mərkəzindən bildiriblər.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. Dördpendirli pizza

İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya və Rusiyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!