Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi - Video

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi - Video

Siyasət

09 Aprel 2020 01:14 667


Azərbaycanın koronavirus ("COVID-19") xəstəliyinin geniş yayıldığı ölkələrlə həmrəylik ifadəsi olaraq aprelin 8-də Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliya Respublikasının bayrağı videoproyeksiya olunub.

Mərkəzdən Yenisabah.az-a daxil olan məlumata görə, bayraq təsvirini italyan musiqisi müşayiət edib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Videoproyeksiya ölkələrin adlarının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq həyata keçirilir. Dominos pizza

Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!