Heydər Əliyev Mərkəzindən Rusiyaya həmrəylik mesajı

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev Mərkəzindən Rusiyaya həmrəylik mesajı

Siyasət

09 Aprel 2020 23:07 676


Aprelin 9-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Rusiya Federasiyasının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus ("COVID-19") xəstəliyinin yayılmasına qarşı Rusiya ilə həmrəyliyi ifadə edilib.

Bu barədə Yenisabah.az-a Heydər Əliyev Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün pandemiyanın geniş yayıldığı bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Pepperoni pizza

Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək virusdan zərər çəkən Çin, Fransa, Almaniya, İran və İtaliyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!