Heydər Əliyev Mərkəzindən Türkiyəyə dəstək - Video

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev Mərkəzindən Türkiyəyə dəstək - Video

Siyasət

11 Aprel 2020 22:09 997


Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Yenisabah.az xəbər verir ki, bayraq təsvirini türk musiqisi müşayiət edib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və İspaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!