Heydər Əliyev ona niyə “yaraşıqlı oğlan” demişdi? –   Sevil Əliyevadan paylaşım - Video

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev ona niyə “yaraşıqlı oğlan” demişdi? – Sevil Əliyevadan paylaşım - Video

Mədəniyyət

09 Avqust 2023 12:14 77559


Mərhum Prezident Heydər Əliyevin qızı Sevil Əliyeva YouTube-da Xalq artisti Rasim Balayevlə bağlı bir video paylaşıb.

Yenisabah.az xəbər verir ki, "Yaraşıqlı oğlan" adlanan görüntülərdə müxtəlif illərdə məkilmiş kadrlar birləşdirilib.

Bu görüntülərdə daha çox Həsən Seyidbəylinin çəkdiyi "Nəsimi" filmindən söhbət gedir. Marqarita pizza

Heydər Əliyevin bütün çıxışlarında qeyd olunur ki, "Nəsimi" filmi sayəsində dahi şairin obrazı Azərbaycan xalqının yaddaşında məhz Rasim Balayevin canlandırdığı rolla qalıb.

Bundan başqa, Eldar Quliyevin quruluşçu rejissoru olduğu "Babək" filmi xatırlanır. Kadrlarda Heydər Əliyev bu filmin çəkilişinə bəzi şəxslərin müdaxilə etmək istədiyini və bunun qarşısını şəxsən aldığını qeyd edir.

Xatırladaq ki, avqustun 8-də Rasim Balayev "İstiqlal" ordeni ilə təltif olunub və Prezident İlham Əliyev ordeni şəxsən 75 yaşlı Xalq artistinə təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!