Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma üzrə festival keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma üzrə festival keçiriləcək

İdman

25 Sentyabr 2023 09:58 469


Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 7-8 oktyabr 2023-cü il tarixlərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma üzrə açıq festival keçiriləcək.

Abşeron yarımadasında yerləşən Korgöz massivində (Bakı qulaqları) baş tutacaq yarış kişilər və qadınlar arasında 2 növ - boulderinq və çətinlik üzrə təşkil olunacaq.

Festivalın qalibləri Azərbaycan Alpinizm Federasiyasının qaydalarına əsasən müəyyən olunacaq və ilk 3 yerin qalibi  müvafiq diplom, medal və hədiyyələrlə  mükafatlandırılacaq. Pepperoni pizza

Festivalda iştirak etmək istəyənlər 2 oktyabr 2023-cü il tarixinədək Azərbaycan Alpinizm Federasiyasının facebook səhifəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər. 

Elektron müraciət forması:  https://forms.gle/3BpyJc6BaUgXgHTFA

Əlavə məlumat əldə etmək istəyənlər Festivalın idman direktoru Çingiz Tağızadə ilə əlaqə saxlaya bilərlər. 

Əlaqə nömrəsi: 055-570-49-09, e-poçt: info@alpinizm.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!