“Son günlər sosial şəbəkələrdə və internet televiziylarda Heydər Əliyevin heykəllərini dağıtmaqla bağlı bəzi şəxslər tərəfindən cəmiyyətə çağırış edilir. Hətta belə bir addımı atacaq ilk şəxs üçün müxtəlif həcmli pul mükafatları da təyin olunur”.
“Yeni Sabah”ın məlumatına görə, bunu AĞ Partiyanın başqanı Tural Abbaslı deyib. O bildirib ki, cəmiyyət bu aksiyanın təşkilində Azərbaycan Xalq Hərəkatının (AXH) rolu olduğunu düşünə bilər:
“Belə yanlış bir rəyin yaranmaması üçün biz AXH-nin İdarə Heyəti rəsmi olaraq bəyan edirik ki, AXH belə bir aksiyanın təşkilində, çağırışında və təbliğində qətiyyən iştirak etmir. Bu günə qədər nə AXH-nin rəhbər orqanı olan İdarə Heyətinin toplantılarında, nə də digər strukturlarında belə bir vandalizm aktı müzakirə olunmayıb və belə bir qərar da verilməyib. Sezar pizza
AXH olaraq bir daha qeyd edirik ki, biz hazırkı iqtidarla hüquq və qanunvericilik normaları çərçivəsində mübarizə aparırıq. Bunun əksini ehtiva edə biləcək heç bir hərəkətin içində olmamışıq, bundan sonra da olmayacağıq. Xahiş edirik ki, AXH-nin adı bir daha bu aksiya ilə bu və ya digər formada hallandırılmasın”.
Telegram kanalımız