Heydərov vəzifəsindən azad edildi

Heydərov vəzifəsindən azad edildi

Digər

04 Fevral 2023 11:34 11246


Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib. 

Bu barədə APA-nın sorğusuna cavab olaraq, teatrın mətbuat xidmətindən bildiriblər. 

Qeyd olunub ki, direktor Tofiq Heydərovun vəzifəsinə yanvarın 17-dən xitam verilib. 

"Teatrın direktor müavini İntiqam Hacılı direktor vəzifəsini müvəqqəti olaraq icra edir. Hazırda teatrda təhvil-təslim işləri aparılır", - məlumatda deyilir. 

İntiqam Hacılı isə bildirib ki, Lənkəran Teatrında hazırda aparılan təhvil-təslim prosesi indiyə kimi bu formada aparılmayıb. 

"Belə bir təhvil-təslim prosesi indiyə kimi bizim teatrda aparılmayıb. Yəni nə var, hər bir şeyin hesabatını aparırıq. Tofiq Heydərov əvvəl bu prosesi bir az ləngitdi, ona görə proses yanvarın 28-dən başladı. Bir neçə günə, yəqin ki, bitər". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!