Həyətində 3 metrlik narkotik yetişdirdi

saytların hazırlanması

Evə çatdırılma

Həyətində 3 metrlik narkotik yetişdirdi

Kriminal

18 Avqust 2022 09:28 1055


Həyətində çətənə bitkisi yetişdirəm Yevlax sakini saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini Anar Abbasov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş  hündürlüyü 3 metrədək olan 13  ədəd çətənə bitkisi, eləcə də 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Dördpendirli pizza

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!