Həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

Kriminal

28 Aprel 2020 10:50 721


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik tərkibli çətənə bitkisi əkib-becərən şəxs saxlanılıb. Əvvəllər də məhkum olunmuş Balakən şəhər sakini İntiqam Məmmədova məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman 9 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı İ.Məmmədov barəsində Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!