Həyətində narkotik tərkibli bitki becərən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Həyətində narkotik tərkibli bitki becərən şəxs saxlanıldı

Kriminal

22 Aprel 2020 10:43 738


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Kürdəmiş kəndində narkotik tərkibli çətənə bitkisi əkib-becərən şəxs saxlanılıb. Kürdəmiş kənd sakini Orxan Kərimova məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə bitkisinin şitillləri aşkar edilərək maddi sübut kimi götürülüb. O.Kərimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!