Həyətini plantasiyaya döndərən narkobaron kimdir?   - Fotolar 

saytların hazırlanması

Evə çatdırılma

Həyətini plantasiyaya döndərən narkobaron kimdir? - Fotolar 

Kriminal

17 Aprel 2020 12:19 728


Həyətində narkotik əkib-becərən Maştağa qəsəbə sakininin həbs müddəti uzadılıb. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən Babayev Cavidan Nizami oğlunun məhkəmə prosesinə hakim Süleyman Ağayev sədrlik edib. 

Belə ki, 2019-cu il noyabrın 12-də Sabunçu RPİ-nin 14-cü Polis Bölməsi əməkdaşları Maştağa qəsəbəsində C.Babayevə məxsus evdə keçirdikləri əməliyyat zamanı onun həyətyanı sahəsində yerləşən istixanadan 316 ədəd ümumi çəkisi 12 kiloqram 710 qram olan narkotik tərkibli əkilib-becərilməsi qadağan olunan çətənə bitkisi aşkar olunmuşdu. Həmçinin C.Babayevin evinə baxış keçirilən zaman 1 ədəd sənədsiz ov tüfəngi, 7 ədəd patron və ümumi çəkisi 30 qramdan artıq olan qurudulmuş marixuana da müəyyən edilərək polislər tərəfindən götürülmüşdü. Həmin vaxt ev sahibi C.Babayev polis əməkdaşlarından qaçaraq bir müddət gizlənsə də, sonuncu əməliyyat zamanı o saxlanılaraq istintaqa təqdim edilib. Tutulan zaman C.Babayev əlavə olaraq yaşadığı evin müxtəlif yerlərində gizlətdiyi kibrit qutularında qablaşdırdığı ümumi çəkisi 160 qramdan artıq olan qurudulmuş marixuananı da polis əməkdaşlarına təhvil verib.  pizza mizza

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə əkdiyini eitraf edib. 

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!