“Heykəllərə göstərilən hörmət Məhəmməd peyğəmbərə göstərilmir”

saytların hazırlanması

Evə çatdırılma

“Heykəllərə göstərilən hörmət Məhəmməd peyğəmbərə göstərilmir”

Dünya

07 İyul 2021 07:46 1016


Britaniya parlamentinin “Leyboristlər” partiyasından olan millət vəkili Naz Şah nümayişlər zamanı polisə əlavə səlahiyyətlər verən qanun layihəsinin parlamentdəki müzakirəsi zamanı maraqlı bəyanatla çıxış edib.

“Anadolu” agentliyinin məlumatına görə, Pakistan əsilli siyasətçi sözügedən qanun layihəsində heykəllərə zərər verilməsinə görə 10 ilədək həbs cəzasının nəzərdə tutulduğunu qeyd edərək, Məhəmməd peyğəmbərin karikaturalarını hazırlayanlara da analoji cəzanın tətbiqini istəyib.

“Bu sadəcə karikaturadır deyənlərə, bunlar da sadəcə heykəllərdir deməyəcəyəm. Çünki bu sadəcə karikatura və ya heykəl deyil. Heykəllər bir xalqın tarixini, mədəniyyətini əks etdirdiyi kimi, peyğəmbərimiz də bizim üçün bir çox dəyərləri təmsil və ifadə edir”, -deyə o, bildirib. /Oxu.az Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!