Heyvan oğruları saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Heyvan oğruları saxlanıldı

Kriminal

12 May 2021 19:47 1881


Saatlıda vətəndaşlara məxsus xırda buynuzlu heyvanları oğurlayan dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının əvvəlində Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində vətəndaş F.Həmzəzadəyə məxsus iki baş xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Elşən Quliyev, Sadiq və Kamran Xəlilovlar saxlanılıblar.

Saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların rayonun Naharlı və Qaracalar kəndləri ərazisində də analoji oğurluq hadisələrini törətdikləri və iki kənd sakininə maddi ziyan vurduqları müəyyən edilib. Dominos pizza

Dindirilmə zamanı E.Quliyev, S.Xəlilov və K.Xəlilov törətdikləri ogurluqları etiraf ediblər.

Faktlarla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, dəstə üzvlərinin digər oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!