Heyvan satışı bazarlarında dezinfeksiya işləri aparılır

saytların hazırlanması

Evə çatdırılma

Heyvan satışı bazarlarında dezinfeksiya işləri aparılır

Sosial

22 Oktyabr 2025 17:55 229


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Xaçmazda diri heyvan satışı bazarında dezinfeksiya tədbirləri aparıb.

Yenisabah.az xəbər verir ki, bazar mexaniki yolla təmizləndikdən sonra agentliyin əməkdaşları xüsusi texnika vasitəsilə ərazini tam şəkildə dərmanlayıblar.

Profilaktik dezinfeksiya tədbirlərinin məqsədi heyvan satışı bazarlarında törədici patogen mikroorqanizmləri məhv etməklə onların törədə biləcəyi infeksion xəstəliklərin qarşısını əvvəlcədən almaqdır. Pepperoni pizza

Bazarlarda dezinfeksiya tədbirləri ölkə üzrə mövcud olan bütün heyvan satışı bazarlarını əhatə edəcək və qısa müddətdə yekunlaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!