Heyvanlar arasında da virus yayılmağa başladı

saytların hazırlanması

Evə çatdırılma

Heyvanlar arasında da virus yayılmağa başladı

Sağlamlıq

04 Aprel 2020 08:26 1453


Çin baytarları Uhan şəhərindəki çöl pişiklərinin 15 faizində koronavirusa yoluxma aşkarlayıblar.

“Report” xəbər verir ki, bu barədə tədqiqatın nəticələrini “BioRxiv” elektron elmi kitabxanası yayıb.

Mütəxəssislər koronavirus epidemiyasından əvvəl 39 pişikdən, pandemiyadan sonra isə sonra 102 pişikdən götürülmüş qan nümunələrini testdən keçiriblər. Məlum olub ki, virusun yayılmasına qədər heyvanlar COVID-19 infeksiyasına yoluxmayıblar, ancaq pandemiyadan sonra 102 pişikdən 15-i təhlükəli virusa yoluxub. pizza

Qeyd edək ki, martın 27-də Belçikada SARS-CoV-2 koronavirusunun insandan pişiyə ötürülməsi ilə bağlı ilk hal qeydə alınıb.

Bu halda Çin bioloqları aydınlaşdırıblar ki, pişiklər təkcə COVID-19-a yoluxmurlar. Təhlükəli virusa yoluxan bütün pişiklər məhv olurlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!