Çində canlı heyvanlar qapalı qutulara qoyularaq satılmağa başlayıb.
Yenisabah.az xəbər verir ki, Çin mətbuatında yer alan xəbərlərə görə, tısbağa, kərtənkələ, hamster, pişik və itlərin elektron ticarət platformaları vasitəsi ilə satışı son vaxtlar ölkədə populyarlaşıb.
Bu addım ölkənin sosial media platformalarından biri olan Veybo tərəfindən sərt şəkildə tənqid edilib. Çünki sifarişə əsasən, bəzən ölkənin bir ucundan digər ucuna plastik qutularda daşınan heyvanlar havasızlıqdan tələf olur. pizza hut
Platformanın tənqidindən sonra insanların da narazılığına səbəb olan bu ticarətlə bağlı, nəhayət, Çin polisi əməliyyat başladıb. Çınqdu şəhərindəki əməliyyatda 160 pişik və it ələ keçirilərkən qutulardakı heyvanların bəzilərinin tələf olduğu müəyyənləşib.
Telegram kanalımız