Həzi Aslanov: “Axtarışda olan 14 nəfərdən 11-i xarici dövlətlərdədir“

saytların hazırlanması

Evə çatdırılma

Həzi Aslanov: “Axtarışda olan 14 nəfərdən 11-i xarici dövlətlərdədir“

Maraqlı

08 May 2023 10:45 635


“Keçən il insan alveri ilə bağlı axtarışda olan 23 təqsirləndirilən şəxsdən 9-u tutulub, 14 nəfərin axtarışı davam etdirilir. Axtarışda olan 14 nəfərdən artıq 11-nin digər xarici dövlətlərdə olmağı müəyyən edilib”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deyib.

DİN rəsmisinin sözlərinə görə, həmin şəxslərin Azərbaycana ekstradisiya edilməsi məsələsi ilə bağlı aidiyyəti qurumlara sənədlər təqdim edilib. Dominos pizza

O xatırladıb ki, keçən il məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 nəfərdən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə və bir nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, daha bir şəxsin cəzası – himayəsində olan uşağı 14 yaşa çatanadək təxirə salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!