“Həzi Aslanov-Əhmədli”də qatarların hərəkət intervalı dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

“Həzi Aslanov-Əhmədli”də qatarların hərəkət intervalı dəyişdirildi

Sosial

10 Oktyabr 2025 12:11 330


“Həzi Aslanov-Əhmədli” sahəsində qatarların hərəkət intervalı 5 dəqiqə azaldılıb.

Yenisabah.az xəbər verir ki, qatarların hərəkəti pik saatlarda 5, qeyri-pik saatlarda isə 7 dəqiqəlik intervalla tənzimlənəcək.

Xatırladaq ki, 2024-cü il noyabrın 30-da “Həzi Aslanov” stansiyasının dalan yolunda başlanılmış əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar Qırmızı və Yaşıl xətlərdə yeni hərəkət qrafiki tətbiq edilib, qatarların hərəkəti hələlik yalnız “Əhmədli” stansiyasına qədər təşkil edilir. Dördpendirli pizza

Təmir işlərinin yalnız dalan hissədə aparılması nəzərə alınaraq, “Həzi Aslanov” stansiyası sərnişinlərin girişinə bağlanmadan xüsusi hərəkət cədvəli qurulub və 10 dəqiqəlik interval tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!