Hicabsız qadına qarşı şiddət: Araşdırma başladı

saytların hazırlanması

Evə çatdırılma

Hicabsız qadına qarşı şiddət: Araşdırma başladı

Hadisə

15 May 2024 14:33 869


İranda polisin məcburi hicab qaydalarına əməl etmədiyi üçün qadına hücum etməsi görüntüləri ciddi müzakirələrə səbəb olub.

Yenisabah.az xəbər verir ki, həmin şəxs nəzarətə götürülüb.

Sosial mediada paylaşılan, lakin nə vaxt və harada çəkildiyi bəlli olmayan kadrlarda asayiş keşikçisi qadına 3 dəfə şillə vurur və onu zorla maşına mindirir. Toyuqlu pizza

Hadisəyə verilən reaksiyalardan sonra Polis İdarəsi görüntülərin doğruluğunu təsdiqləyib. Bəyanatda qadına qarşı fiziki zorakılıq tətbiq edən polisin davranışı “mənəvi dəyərlərdən uzaq” kimi səciyyələndirilib.

Son həftələrdə Tehranda hicab yoxlamaları yenidən başlayıb. İran Polis Təşkilatının komandanı, briqada generalı Əhməd Rza Radan Prezident administrasiyası və DİN-in tələbi ilə yoxlamalara başladıqlarını bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!