Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçildi

saytların hazırlanması

Evə çatdırılma

Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçildi

İdman

20 İyun 2025 22:52 692


Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (İJF) Atletlər Komissiyasına üzv seçilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı çərçivəsində idmançılar IJF-nin Atletlər Komissiyasına nümayəndələrini seçib. Seçki nəticəsində 5 üzv idmançıların səsi ilə, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub. pizza hut

Yeni tərkib 2025–2029-cu illəri əhatə edən dörd illik müddətə fəaliyyət göstərəcək.

Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov IJF İcraiyyə Komitəsinin qərarı ilə Atletlər Komissiyasına üzv seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!