Hidayət Heydərov dünya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Hidayət Heydərov dünya çempionu oldu

İdman

20 May 2024 20:13 1125


Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.

Yenisabah.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən dördqat Avropa çempionumuz finalda yaponiyalı Tatsuki İşiharanı ipponla üstələyib.

Yarışın ikinci günü kişilərin yarışında mübarizəyə qoşulan Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində isə Acelya Toprak (57 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurublar. Dördpendirli pizza

Qeyd edək ki, Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!