Hidayət Orucovun qızı vəzifədən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Hidayət Orucovun qızı vəzifədən azad edildi

Sosial

11 İyul 2025 09:40 5188


İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentliyin müvafiq əmrləri ilə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra yeni rəhbər təyinatları həyata keçirilib. Marqarita pizza

Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Xatırladaq ki, İqtisadiyyat və Humanitar Kollecin direktoru Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri, 2012-2021-ci illərdə Azərbaycanın Qırğızıstanda səfiri olmuş Hidayət Orucovun qızı,  filologiya üzrə elmlər doktoru, professor Səhər Orucova idi. Səhər Orucova həm də "Folklorşünaslıq" jurnalının təsisçisidir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!