Hikmət Hacıyev: Beynəlxalq təşkilatların problemlərimizi həll etməsini gözləmirik

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev: Beynəlxalq təşkilatların problemlərimizi həll etməsini gözləmirik

Siyasət

12 Mart 2026 16:16 541


Azərbaycan beynəlxalq təşkilatların problemlərini həll etməsini gözləmir.

"Yeni Sabah" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan panel müzakirədə deyib.

Onun sözlərinə görə, bölgə və bölgədənkənar ölkələr maraqlarını ortaya qoyub regionu inkişaf etdirə bilər: pizza mizza

"Beynəlxalq təşkilatların bizim problemlərimizi həll etməyini gözləmirik. Düzdür, müstəqilliyin ilk illərində onlardan gözləntilərimiz var idi. Amma, məsələn, ATƏT iflasa uğramış təşkilat oldu və bölgədə münaqişəsinin həllinə nail ola bilmədi. Onun Mink qrupu da iflasa uğradı. Nəticədə biz hərbi və siyasi yollarla münaqişəni həll edə bildik, sülhə nail olduq. İndi Azərbaycan və Ermənistan sülh şəraitində əməkdaşlığı davam etdirir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!