Hikmət Hacıyev Ermənistanın Su-25 təyyarəsinin vurulması xəbərindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev Ermənistanın Su-25 təyyarəsinin vurulması xəbərindən danışdı

Siyasət

29 Sentyabr 2020 19:10 2115


“Ermənistana məxsus Su-25 təyyarəsinin guya F-16 təyyarəsi ilə vurulması barədə xəbərlər tamamilə yalandır, cəfəngiyyatdır”.

Yenisabah.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanın apardığı növbəti yalan təbliğatıdır: “Biz bunu tamamilə rədd edirik. Ümumiyyətlə, Ermənistan tərəfinin özünə tövsiyə edirik ki, radarlara baxsın. Radarlarda hansı təyyarənin harada və nə zaman qalxması çox aydın görünür. Azərbaycan radar sistemlərində ümumiyyətlə Ermənistanın özündən belə “Su-25” təyyarəsinin qalxması barədə heç bir məlumat yoxdur”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!