Hikmət Hacıyev İsrail prezidenti ilə regional məsələləri müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev İsrail prezidenti ilə regional məsələləri müzakirə etdi

Siyasət

09 Dekabr 2024 15:39 471


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Prezidenti İsaak Hersoqla görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.Prezidentin köməkçisi İsaak Hersoqa Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

İsrail Prezidenti isə öz növbəsində minnətdarlığını bildirib və onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. pizza

Görüş zamanı Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional məsələlər müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!