Hikmət Hacıyev İsrailin İrana hücumunu pislədi

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev İsrailin İrana hücumunu pislədi

Siyasət

27 İyul 2025 14:04 701


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bu gün İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini ilə telefon danışığı aparıb. 

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, o, bir qrup iranlının, xüsusilə də bu ölkənin hərbi komandan və alimlərinin şəhadəti ilə bağlı başsağlığı verərək, İsrailin İslam Respublikası ərazisinə hücumunu pisləyib.

Telefon danışığı zamanı həmsöhbətlər ikitərəfli münasibətlərin səviyyəsinin yaxşılaşdığını və iki ölkə prezidenti arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar. pizza

Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana səfəri zamanı əldə olunan razılaşmaların, o cümlədən Azərbaycan Respublikasında təhsil alan iranlı tələbələrin probleminin həllinə dair işlərin davam etdirilməsi qərara alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!