Hikmət Hacıyev Türkiyə səfirini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev Türkiyə səfirini qəbul etdi

Siyasət

24 Yanvar 2025 19:16 199


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyətinin başa çatması münasibətilə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcını qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə türkiyəli diplomat "X" hesabında bildirib.

"Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi cənab Hikmət Hacıyevlə vidalaşdıq. Diplomatik fəaliyyət müddətim boyunca ən çox təmasda olduğum Hikmət bəylə işğaldan azad edilən azad Qarabağın hər bir guşəsində birlikdə olduq. Dörd il boyunca ən sıx ziyarət etdiyim 602 nömrəli otaqda uzun görüşlərimiz və məsləhətləşmələrimiz oldu. Daima səmimi və açıq yanaşma, yaxın əməkdaşlıq və çalışmalarımıza vermiş olduğu dəyərli töhfələr üçün təşəkkür edirəm", - səfir qeyd edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!