Hikmət Hacıyev: Zəngəzurdan keçən dəhlizin açılışı...

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev: Zəngəzurdan keçən dəhlizin açılışı...

Siyasət

31 Avqust 2025 09:17 3934


Çin və Azərbaycan sıx əməkdaşlıq edir.

APA-nın Çinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev bildirib ki, Çin Qlobal Cənub ölkələri üçün texnoloji əlçatanlığı da təmin edir. Çin və Azərbaycan arasında ticarət dövriyyəsinin 40 faiz artdığına diqqət çəkən Hikmət Hacıyev qeyd edib ki, bu, son hədd deyil: “Azərbaycan və Çin ikitərəfli iqtisadi və ticarət əməkdaşlığını daha da inkişaf etdirməyə davam edəcək. Bu əməkdaşlıq hazırda süni intellekt, bərpa olunan enerji, rəqəmsal transformasiya sahələrini də əhatə edir”. pizza mizza

Orta Dəhlizin potensialından geniş istifadə baxımından Çin-Azərbaycan əməkdaşlığının önəminə diqqət çəkən Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan-Azərbaycan sülh sazişində yer alan və Zəngəzurdan keçən dəhlizinin açılışı Orta Dəhlizin imkanlarından daha geniş istifadəni təmin edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şükür Məmmədov
    Maraqlıdı,Azərbaycan Respublikası bundan nə qədər fayda əldə edəcək.
    8 months ago