Hikmət Hacıyevdən Bərdə terrorunun ildönümü ilə bağlı paylaşım

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyevdən Bərdə terrorunun ildönümü ilə bağlı paylaşım

Siyasət

27 Oktyabr 2024 16:28 690


"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kassetli sursatlarla dolu "Smerç" raketləri ilə bombalanmasından 4 il ötür. Nəticədə 30-a yaxın günahsız dinc sakin həlak olub, daha 100 nəfər ağır yaralanıb".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədəki paylaşımında yazıb.

"Beynəlxalq Cinayət Məhkəməsinin tərəfi kimi Ermənistan Respublikası Azərbaycanın günahsız mülki əhalisinə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları məsuliyyətə cəlb etmək öhdəliyi və hüquqi məsuliyyəti daşıyır", - Prezidentin köməkçisi qeyd edib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!