Hikmət Hacıyevdən Minsk qrupu ilə bağlı sərt AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyevdən Minsk qrupu ilə bağlı sərt AÇIQLAMA

Siyasət

21 İyul 2020 12:59 606


“Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imitasiya xarakteri daşıyan danışıqlarda iştirak etmək fikrində deyil”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı danışarkən söyləyib.

H.Hacıyevin sözlərinə görə, danışıqlar Minsk qrupunun mandatına uyğun çərçivədə - beynəlxalq prinsipləri, Helsinki Yekun Aktını, BMT-nin qətnamələrini əsas tutaraq aparılmalıdır: Pepperoni pizza

"Azərbaycan tərəfi gözləyir ki, Minsk qrupunun həmsədrləri öz səylərini artırsınlar və danışıqlar daha intensiv aparılsın. O əlavə edib ki, Minsk qrupu prosesində iştirak edən 11 dövlətin hər birinin iştirakı ilə geniş formatda iclas keçirilməlidir".

Prezidentin köməkçisi qeyd edib ki, Minsk qrupunun bu günə qədər aparılan fəaliyyətini qənaətbəxsş hesab etmək olmaz:

"Minsk qrupu qarşıdan gələn müddət ərzində işğal faktının aradan qaldırılması üçün çalışmalıdır. Biz danışıqlar formatının yox, iş metodunun dəyişdirilməsini istəyirik. Daha effektiv, konkret vaxt, cədvəl, gündəlik əsasda iş aparılmalıdır. Azərbaycan bundan sonra da münaqişə ilə bağlı məsələni beynəlxalq təşkilatlarda gündəmdə saxlayacaq”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!