Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Eduard Stiprays ilə görüşüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X” hesabında yazıb.
Hikmət Hacıyevin sözlərinə görə, görüş zamanı regional əməkdaşlıq üzrə səmərəli müzakirələr aparılıb, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və TRIPP layihələrinə xüsusi diqqət yetirilib. pizza mizza
O qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzvlüyü nəzərə alınarsa, bu format çərçivəsində əməkdaşlıq üçün əhəmiyyətli imkanlar mövcuddur.
Telegram kanalımız