“Hikmət Hacıyevlə danışdım, ona dedim ki...” – Trampın müşaviri

saytların hazırlanması

Evə çatdırılma

“Hikmət Hacıyevlə danışdım, ona dedim ki...” – Trampın müşaviri

Siyasət

16 Mart 2025 23:47 401


Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. Mən bu həftə Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik müşaviri (Hikmət Hacıyev Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiridir – red.) cənab Hikmət Hacıyevlə danışdım.

Yenisabah.az xəbər verir ki, bu sözləri ABŞ liderinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts sosial şəbəkə hesabında yazıb.

“Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinə razılıqdan məmnunuq. Mən ona (Hikmət Hacıyevə - red.) dedim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, məhbusları azad etməli və regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Marqarita pizza

Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq”, - o qeyd edib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!