Hikmət Həsənovun yerinə kim təyin ediləcək? - Orduda KADR İSLAHATI

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Həsənovun yerinə kim təyin ediləcək? - Orduda KADR İSLAHATI

Rəsmi

04 Avqust 2021 20:47 6474


Birinci Ordu korpusu komandiri general-mayor Hikmət Həsənovun yaxın vaxtlarda vəzifəsindən azad edilib, başqa bir vəzifəyə təyin ediləcəyi deyilir.

Yenisabah.az xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, informasiyalarda deyildiyi kimi Hikmət Həsənov “Tərtər işi”nə görə yox, səhhətində yaranmış problemlərə görə, özü başqa vəzifəyə təyin edilmək istəyib.

Belə desək, general-mayor Hikmət Həsənov aktiv vəzifədən passiv vəzifəyə keçmək arzusundadır. Belə ki, Hikmət Həsənov müharibə vaxtı infartk keçirdiyi üçün ürəyindən əməliyyat olunub. Bundan əlavə kaputilyasiyadan sonra Azərbaycan ordusu Ağdama girərkən, onun olduğu avtomobil minaya düşüb və orada yaralanıb. Aldığı xəsarətin onun səhətində hələ də problemlər yaratdığı deyilir. Sezar pizza

Məlumata görə, Hikmət Həsənovun Ali Hərbi Məktəbə müavin vəzifəsinə təyin olunması üçün təqdimat göndərilib. Onun yerinə isə Qiyas Abbasovun təqdimatının göndərildiyi deyilir.

Orduda kadr islahatı bununla bitməyəcək. Dördüncü ordu korpusuna və Döyüş hazırlığı idarəsinə də yeni təyinatların olacağı məlumatı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!