Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Məlumata görə, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu da görüşdə iştirak edib. pizza hut
Qeyd edək ki, Hikmət Mirzəyev Türkiyədə rəsmi səfərdədir. Bundan öncə Azərbaycan nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.
Telegram kanalımız