Hind qadının iddiası:   “Şahzadə məni aldadıb”

saytların hazırlanması

Evə çatdırılma

Hind qadının iddiası: “Şahzadə məni aldadıb”

Dünya

14 Aprel 2021 13:29 991


Hindistan sakini olan qadın İngiltərə şahzadəsi Harrini məhkəməyə verib.

Yenisabah.az “The Daily Mail”ə istinadla xəbər verir ki, qadın şahzadənin onunla evlənəcəyini, lakin verdiyi sözə əməl etmədiyini iddia edib, hətta buna görə həbs olunmasını istəyib.

Vəkil Palvinder Kaur Pəncab və Haryana ştatlarının Ali Məhkəməsinə müraciət edib. pizza hut

İddia ərizəsində qeyd olunub ki, şahzadə Harri xanımla sosial şəbəkələr vasitəsilə əlaqə qurub, bundan sonra aralarında yazışmalar başlayıb. Daha sonra guya kraliça II Elizabethin nəvəsi hindistanlı qadına evlilik təklif edib, lakin sonradan əhdini pozub.

İddiaçı qadın, həmçinin, şahzadə Harrini evliliyə məcbur etmək üçün beynəlxalq həbs qərarı verilməsini istəyib.

Vəkilinin sözlərinə görə, müvəkkili Harrinin atası şahzadə Çarlzı da oğlunun "ləyaqətsiz" davranışları barədə məlumatlandırıb.

Lakin məhkəmə qadının şahzadə ilə əlaqə qurduğunu sübut edə bilmədiyi üçün iddiasını rədd edib. Eyni zamanda, iddiaçı “bəylə” heç vaxt şəxsən görüşmədiyini, üstəlik, İngiltərədə heç vaxt olmadığını açıqlayıb.

Şahzadə Harrinin özü də bir neçə gün əvvəl babası şahzadə Filipin ölüm xəbərindən sonra evə qayıdıb. Xatırladaq ki, kraliçanın əri keçən həftə 99 yaşında vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!