Hindistan aviasiyası tam döyüş hazırlığına gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Hindistan aviasiyası tam döyüş hazırlığına gətirildi

Dünya

05 May 2025 22:12 323


Hindistan Hərbi Hava Qüvvələrinin Pakistanla sərhəd yaxınlığında yerləşən bölmələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Xüsusilə, Racastan və Pəncabdakı hərbi bazalarda yerləşən döyüş təyyarələri tam hərbi hazırlıq vəziyyətindədir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Tayms of İndia” məlumat yayıb.

Bildirilib ki, Fransadan alınmış və 300 km-ə qədər uçuş məsafəsinə malik “Scalp” yer-hava qanadlı raketləri ilə silahlanmış “Rafale” qırıcıları da hərbi tapşırıqların yerinə yetirilməsinə cəlb oluna bilər. pizza sifarişi

Qeyd edək ki, 22 apreldə Cammu və Kəşmirdə turistlərin atəşə tutulmasından sonra Hindistan-Pakistan münasibətləri gərginləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!