Hindistan-Nepal sərhədində güclü zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Hindistan-Nepal sərhədində güclü zəlzələ oldu

Hadisə

03 Noyabr 2023 23:31 1154


Hindistan-Nepal sərhədində 6 maqnitudalı zəlzələ qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib. pizza sifarişi

“Reuters”in şahidlərə istinadən verdiyi məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 maqnitudada qiymətləndirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!