Hindistan səfirliyindən həmyerlilərinin Şəhidlər xiyabanında oyun çıxarmasına reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Hindistan səfirliyindən həmyerlilərinin Şəhidlər xiyabanında oyun çıxarmasına reaksiya

Sosial

13 Yanvar 2020 12:31 1320


Hindistanın Azərbaycandakı səfirliyi bir qrup ölkə vətəndaşının Şəhidlər xiyabanında klip çəkdirməsinə münasibət bildirib. 

“Yeni Sabah” xəbər verir ki, səfirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu cür davranışlar tərəfimizdən pislənilir.

"Hazırda diplomatik korpus məsələnin araşdırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işləyir", - səfirlikdən vurğulanıb. Marqarita pizza

Qeyd edək ki, Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər xiyabanında klip çəkdirib. Görüntülər sosial şəbəkələrdə və xəbər saytlarında yayılıb. Klipdə gənclərin qəbirlərin önündən ritmik mahnının sədaları altında qaçdıqları və rəqs etdikləri görünür. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!