Hindistan və Britaniya birgə hərbi təlimlərə başladı

saytların hazırlanması

Evə çatdırılma

Hindistan və Britaniya birgə hərbi təlimlərə başladı

Dünya

17 Noyabr 2025 23:16 519


Hindistan və Böyük Britaniya "Ajeya Warrior-2025" adlı birgə antiterror təlimlərinə başlayıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 14 günlük təlimlər Hindistanın Racastxan ştatındakı Mahacan poliqonunda keçirilir. pizza sifarişi

Təlimlərdə hər iki ölkədən 240 hərbi qulluqçu iştirak edir.

Manevrlər taktiki hazırlığın artırılması və mürəkkəb şəraitdə antiterror əməliyyatlarının keçirilməsi zamanı koordinasiyalı fəaliyyətlərin işlənməsi məqsədilə keçirilir.

2011-ci ildən başlayaraq hər iki ildən bir keçirilən "Ajeya Warrior" manevrləri Hindistan və Böyük Britaniya ordularının strateji müdafiə əməkdaşlığı çərçivəsində genişmiqyaslı qarşılıqlı fəaliyyətinin mühüm elementi hesab olunur./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!