Rusiya gündəlik koronavirusa yoluxma sayının pik həddə çatdığı Hindistana humanitar yardım təyyarələri göndərib.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Paytaxt Dehliyə iki təyyarənin endiyi bildirilib.
Bildirək ki, Rusiya Hindistana təxminən 22 ton yardım aparacaq. Toyuqlu pizza
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dünən Hindistanın baş naziri Narendra Modi ilə görüşündə koronavirusla mübarizə üçün Hindistana təcili humanitar yardımın göndəriləcəyini söyləmişdi.
Qeyd edək ki, Hindistanda bu günə qədər təxminən 18 milyon yoluxma faktı aşkarlanıb, 200 mindən çox insan ölüb. Son bir neçə gündə 300 mindən çox yoluxma hadisəsi baş verir.
Telegram kanalımız